Kişi, qadın, pəncərə... məşuq” tamaşası yenidən səhnədə

Sentyabrın 23-də yeni teatr mövsümündə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tanınmış ingilis dramaturqu Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa növbəti dəfə nümayiş olundu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur. Səhnə əsərinin musiqi tərtibatı Vladimir Neverova məxsusdur.

Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.