İllər ötür, nəsillər dəyişir, amma elə mədəniyyət artefaktları var ki, onlar yenə də başda dayanır. O cümlədən də, Azərbaycanın “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşaları kimi.
Akademik Musiqili Teatrının repertuarına bu mövsüm də dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası salınıb.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, sentyabrın 17-də təqdim olunan tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)