Oktyabrın 1-də Azərbaycan Akademik Opera və Balet Teatrı Pyotr Çaykovskinin üçpərdəli “Qaratoxmaq qadın” operasını nümayiş etdirəcək.
Bu səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissor Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Elena Bodrovadır.
Görkəmli rus bəstəkarı P.Çaykovski 1890-cı ildə Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb. O, çox qısa müddət ərzində - cəmi 44 günə operanı tamamlayıb. Operanın librettosu dahi rus şairi Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb.
Biletləri mərkəzləşdirilmiş kassalardan, “ASAN xidmət” kassalarından və iTicket.az saytından onlayn əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(14.09.2023)