“Yad” filmini tək amerikalılar deyil, bütün dünya gözləyirdi. Yadplanetlilər dünyasında olan hadisələrdən bəhs edən bu məşhur filmin növbəti bölümünün çəkilişləri təxirə salınıb.
kinonews.ru saytı xəbər verir ki, çəkilişləri Taylandda davam edən ekran əsəri üzərində işlərin dayandırıldığı və aktyor heyətinin çəkiliş meydançasından müəyyən müddətlik kənarlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Hollivudda ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətil “Yad” filminin çəkilişlərinə də təsirsiz ötüşməyib. Nəticədə ekran əsərinin istehsalı müəyyən müddət ərzində ləğv olunub.
“Ədəbiyyat və incəsənət”
(30.08.2023)