KİNOBƏLƏDÇİdə bu gün “Oppenheimer” filmi Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Mütaliə ilə yanaşı musiqi dinləməyi, film izləməyi, futbola baxmağı və ən çox müxtəlif gizli şeyləri araşdırmağı sevirəm. Təbii ki, bunlarla yanaşı digər sahələr üzrə də maraqlanıram. Film izləməyə çox marağım var və xüsusən ədəbiyyat sahəsinə aid filmləri izləməyə daha çox üstünlük verirəm. 

 

Bu sahə ilə bağlı  filmlərin linklərini xüsusi olaraq “Word” proqramında qeyd edir, mütəmadi olaraq şəbəkələrdə dostlarla da paylaşıram. Hər bir maraqlı film həyatımda xüsusi iz buraxmaqdadır. Son dövrlərdə maraqla izlədiyim filmlərdən biri də, xeyr bu film ədəbiyyat sahəsinə aid olmayacaq, “Oppenheimer” filmidir. 

Film 1904-cü ildə ABŞ-da anadan olan, nəzəri fizika sahəsində böyük uğurlar qazanan, nüvə fizikası və kvant mexanikasına mühüm töhfələr verən Robert Oppenheimerdən bəhs edir. O, İkinci dünya müharibəsi zamanı hazırlanan Manhetten layihəsində yaradılan atom bombasının "atası" hesab edilir. Müharibə və ondan sonra da siyasətdən Oppenheimer də təsirlənmişdir. Amma bütün bunlara baxmayaraq o, tarixdə iz buraxmış dahi şəxsiyyətlərdən biridir. Filmdə Oppenheimerlə Eynşteynin təsirli dialoqu da mövcuddur.

Müsahibələrindən birində Oppenheimer “Dünyanın əvvəlki kimi olmayacağını bilirdik. Bir neçəmiz güldük, bir neçəmiz ağladıq, amma çoxumuz susduq” söyləyərək həm də bəşəriyyəti düşündürmüşdür.

Sonda çox istərdim ki, kinoteatrlarda filmlər öz ana dilimizdə nümayiş etdirilsin. Altyazı doğma dilimizdə yerləşdirilsə də çoxsaylı nöqsanlar mövcuddur. Bütün bunların aradan qaldırılması izləyicilərimizi çox sevindirər.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.