Bu gün Mədəniyyət Nazirliyi və Ədəbiyyat Fondu birgə layihə təqdim edəcəklər Featured

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu bu gün - avqustun 29-da, saat 15.00-də AYB-nin Natəvan klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir. Bu, həm də yazıçıların maddi durumlarının yaxşılaşmasına xidmət edəcək bir layihədir. 

Tədbiri Ədəbiyyat Fondunun Baş direktoru Varis aparacaq. Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq. 

Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar, xüsusən gənc yazıçılar dəvət olunur. 

Bildiyiniz kimi, Mədəniyyət naziri Adil Kərimli reanimasiyada olan Azərbaycan kinosunu xilas etmək missiyasına start verib. 

Uğurlu olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.