Yazıçılar kino industriyasına cəlb edilirlər

Diqqət! Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu sabah - avqustun 29-da Natəvan  klubunda “Ədəbiyyatın kinoya transferi” mövzusunda dinləmə keçirəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqsəd keyfiyyətli filmlərin ərsəyə gətirilməsi üçün yazıçıların kino industriyasına daha yaxından cəlb edilməsidir. 

Məruzəçi mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu olacaq. 

Görüşə həm kino sahəsində öz sözünü demiş ssenaristlər, həm də bu sahəyə marağı olan yazıçılar, xüsusən gənc yazıçılar dəvət olunur. 

Başlama vaxtı: 15.00

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.