İnanılmaz: İtaliyalı lend-art ustası Dario Qambarin taxıl sahəsinə traktorla Dostoyevskinin portretini həkk edib Featured

inanilmaz

İtalyan lend-art ustası Dario Qambarin ədəbiyyat mövzusuna müraciət edərək taxıl sahəsinə yazıçı Fyodor Dostoyevskinin nəhəng stilizə edilmiş portretini çəkmişdir.
“Ədəbiyyat və incəsənət” portalının  TASS-a istinadən verdiyi xəbərə görə, taxıl sahəsindəki yeni instalyasiya "gözəllik dünyanı xilas edəcək" adını daşıyır. Rəssam ərsəyə gətirdiyi işində bu kəlmələri ingiliscə, yazıçının soyadını isə rusca yazıb.
Dostoyevskinin yaradıcılığının vurğunu olan Dario Qambarin dahi yazıçının 200 illiyinə belə bir qeyri-adi təbrik hazırlayıb.
"Gözəllik bizə lazım olan şeydir. Gözəllik və harmoniya bizi bu pandemiyadan xilas edəcək", - deyə Qambarin bildirib. "Həyat bir cənnətdir və biz hamımız cənnətdəyik, amma bunu bilmək istəmirik", - o, Dostoyevskinin bu qanadlı ifadəsini portretin təqdimatı zamanı dilə gətirib.
Stilizə edilmiş portret sahəsi 25 min kvadratmetr olan sahəni tutur. Preform və ilkin eskizlər olmadan  şəkli traktor sürməklə yaradan müəllif bildirib ki, o, sükan arxasında gün ərzində 9-10 saat otururdu. Qeyd edək ki, Qambarin xüsusi istedadı sayəsində heç kəsin edə bilməyəcəyini edir, rəssam məkanı o qədər hiss edir ki, traktoru idarə edərkən peyk naviqatoruna bənzər heç bir avadanlıqdan istifadə etmədən şəkillər yaratmağa qadirdir. O, öz əsərlərini "ekoloji" və "efemer" adlandırır, çünki onlar uzunömürlü deyil və təbii dövründən sonra 7-10 gün keçmiş yox olurlar. İşin özünü Qambarin performans kimi xarakterizə edir.
Lend-art ustası instalyasiyalarının köməyi ilə aktual mövzulara daim müraciət edir. Belə ki, Dostoyevskinin 200 illik yubileyindən öncə o, Tokio Olimpiya Oyunlarına həsr olunmuş rəsm çəkmişdi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.