Günün fotosu: Mədəniyyət Nazirliyindən daha bir nəcib təşəbbüs

Günün fotosu: Mədəniyyət Nazirliyindən daha bir nəcib təşəbbüs

Mədəniyyət Nazirliyi illərdir unudulub qalmış bir ənənəni dirçəldib. Azərbaycan mədəniyyəti tarixində iz qoymuş ustadların doğum və vəfat tarixlərində qəbirlərini ziyarət etmək, xatirələrini anmaq! Bu, həm o böyük şəxsiyyətlər üçün, həm də ədəbiyyatımız üçün zəruridir. 
Xəbər verdiyimiz kimi, nazirliyin təşəbbüsü ilə muğam sənətimizin böyük ustadı, məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (1901-1979) anadan olmasının 122-ci ildönümündə II Fəxri xiyabanda məzarı ziyarət olundu. Mədəniyyət Nazirliyinin nümayəndələri və incəsənət xadimləri sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad etdilər.
Unutmamaq borcumuzdur!

“Ədəbiyyat və incəsənət”
(22.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.