Baltikdə NATO-Baltops illik təlimləri başlayıb. Təlimin məqsədi Baltik dənizinin mümkün blokadasına NATO reaksiyavermə tezliyini yoxlamaq və qoşun göndərmə azadlığını təmin etmək üçün fəaliyyət göstərməkdir.
“Ədəbiyyat və incəsənətə Euronews-a istinadən xəbət verir ki, iyunun 17-dək davam edəcək manevrlərin təşkilatçısı ABŞ Hərbi Dəniz qüvvəsidir. Manevrlərdə 45 gəmi, 76 təyyarə və vertolyot, 16 ölkədən 7000-dən çox hərbi qulluqçu iştirak edir. Onlardan 14-ü Şimali Atlantika Alyansının üzvüdür.
Təlimə NATO-ya üzv olmaq üçün ərizə vermiş Finlandiya və İsveç də qoşulub. Baltops manevrləri Baltik dənizində 50 ildir keçirilir, İlk dəfə 1972-ci ildə keçirilmişdir.
Bu dəfə məqsəd aydındır: Rusiya təhlükəsi.