Avstriyada pandemiya dövründə dördüncü dəfə lokdaun elan edilib, idarə-müəssələr bağlanıb, əhaliyə zərurət olmadan evdən çıxmamaq tövsiyyə olunub. Üstəlik, məcburi vaksinasiya tələbləri də irəli sürülüb. Yeni il və milad bayramı öncəsi bu qadağalar əhalini narazı salıb. Ölkə paytaxtı Vyanada əhali kütləvi etiraz aksiyalarına qalxıb. Polis gözyaşardıcı qazdan istifadə edib.