İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərə səbəb oldu.
Bir sözlə, hal-hazırda planetimiz gözləniləndən daha sürətli istiləşir.
Xatırladaq ki, Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni dayandırmaq və planetin 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün 2020-ci ildən etibarən karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirləri tənzimləməyi qəbul ediblər. Çünki istiləşmədə yalnız 2050-ci ildə 1,5 dərəcəlik artıma çatacağımız gözlənilirdi.
Son 5 il 1850-ci ildən bəri qeydə alınan ən isti dövr oldu. Bu ilin 11 avqustunda Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur yeniləndi. İtaliyanın Siciliya adasında havanın temperaturu + 48.8 dərəcəyə yüksəldi. Görünür, bəşəriyyət indi bütün problemləri kənara qoyaraq daha çox iqlim dəyişikliklərinə səbəb olan məsələri aradan qaldırmaqla məşğul olmalıdır. Əgər dünyada iqlim siyasəti kəskin şəkildə dəyişməsə, 21 -ci əsrin sonlarında planetin temperaturu daha 3 dərəcə artacaq.
Ortamüddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etmək, təbiəti, bitkiləri qorumaq olmalıdır!
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)