Ölkə üzrə bütün mədəniyyət müəssisələrinin monitorinqi aparılır

Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlanılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 fevral tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub. 

Monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır. 

Prosesin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.