Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd - Yolçuyev Əkbər Mehdi oğlu, Mustafayeva Samirə Vəli qızı və Qədirov Vuqar Kərim oğlu Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.

Seçkilərə 26 namizəd qatılıb. İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün iyulun 20-də Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.