İyulun 3-də kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevin 60 yaşı tamam oldu. Bu münasibətlə Mədəniyyət Nazirliyində Cəmil Quliyevlə görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi ilə əlaqədar rejissora nazirliyin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbriklərini çatdırıb.
Cəmil Quliyev fəaliyyətinə göstərilən diqqətə görə nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, gənc yaşlarından taleyini kino sahəsinə bağlayan Cəmil Quliyev “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi bir sıra bədii və sənədli filmləri lentə alıb. O, eyni zamanda 35 ildən çoxdur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, yeni kinematoqrafların hazırlanmasına öz töhfəsini verir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)