Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib. Bu barədə sənədi “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov millət vəkili Q. Paşayevaya təqdim edib.
Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə, çıxış edən Xaydarbek Bababekov Q. Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q. Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusi ilə “Addım–addım Özbəkistan” kitabını yüksək qiymətləndirən akademik onun Türk dünyası arasında birliyə, həmrəyliyə layıq olunması istiqamətində dəyərli, alqışalayıq fəaliyyəti olduğunu vurğulayıb.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun Özbək dilinə tərcümə olunan kitablarının Özbəkistan oxucuları üçün maraqlı və əhəmiyyətli olduğunu qeyd edən akademik, Turan akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətini təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.