Bu gün Azərbaycan Ədəbiyyat Fondu “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçirəcək Featured

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının, Dünya Gənc Türk Yazarlar Birliyinin və Türk Ağsaqqalları Birliyi-TAİB-in təşkilati dəstəyi ilə birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində keçirilir. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir. 

Hər gün bir türk ölkəsinin adı ilə  keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.

Qeyd edək ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzu olaraq həm ən birinci bu təşəbbüsdə bulunan Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb edib. Hazırda bu sahədə TÜRKSOY təşkilatı gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.

Azərbaycan Ədəbiyyat Fondu da bu sahədə müxtəlif layihələr həyata keçirməkdə iddialıdır. 

Gələcək türkün olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.