Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Xorvatiya Respublikasına səfərə gedib.  
Səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Zaqrebdə keçiriləcək ikinci iclasında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların təmsilçiləri daxildir.
Birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfinin həmsədri bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricdir.
Səfər çərçivəsində nazir Anar Kərimovun Xorvatiyanın paytaxtında bir sıra görüşləri də nəzərdə tutulub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.