Cavad Heyətin doğum günü qeyd edildi

Ötən gün dünyaşöhrətli Azərbaycanlı cərrah-alim, ünlü "Varlıq" dərgisinin təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Türk Dil Qurumunun fəxri başqanı, bir neçə universitetin fəxri doktoru, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə heyətinin, daha bir neçə elmi cəmiyyətin üzvü Cavad Heyətin doğum günü idi. 

 

Cavad Mirzə Əli oğlu Heyət 24.05.1925 tarixində Təbrizdə doğulub, 12.08.2014 tarixində Bakıda vəfat edib. 

Onlarca insan onun abidəsini ziyarət etdi dünənki gün. 

Ocağı sönməsin, ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.