Mayın 2-də Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir təşkil edilib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçek vurğulayıb ki, ötən 30 il ərzində Çexiya ilə Azərbaycan arasında əlaqələr dinamik şəkildə inkişaf edib. Səfir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələr bundan sonra davamlı inkişaf edərək daha da dərinləşəcək.
Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələrimiz arasında əlaqələrin zəngin tarixi olduğunu qeyd edib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirov, Qara Qarayev, Motsart, Bethoven və Dvorjakın əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)