“Oxu Günü-9” sərgi-festivalı keçiriləcək

 

23-24 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda “Oxu Günü-9” sərgi-festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalə xəbər verir ki, festivalda tanınmış müəlliflərin imza günləri, eləcə də yüzlərlə kitabın endirimli satışı təşkil olunacaq.

Qeyd edək ki, festivalın ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqdir. Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan "Oxu Günü" ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.