Millətimiz və mədəniyyətimiz üçün xeyirli olsun! Featured

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzaladı. Anar Kərimovdan sonra mədəniyyət naziri vəzifəsini icra edən və bəzi hallarda konkret və qəti addımlar atmaqla yadda qalan Adil Kərimli kimdir?

 

Adil Kərimlinin dosyesini internet məlumatları üzərindən hazırladıq. 

Adil  Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.

 

Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.

Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

 

P.S. Bəlkə elə təqdim edilən fotoda

Adil Kərimlinin arxa fonunda Sabah sözünün yazılması da rəmzi xarakter daşıyır. Bu gün atılan hər addım sabaha hesablanmalıdır, əks halda o, dünənə xidmət edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.