Aprelin 17-də 1-ci mərhələyə start verilir

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb. 

 

Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.

Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu xatırlamanı Mədəniyyət Nazirliyi edib. 

 

Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edin.

“Əziz iştirakçılar! Festivalda hər birinizə uğurlar arzu edirik!” deyə nazirlik iştirakçılara arzusunu bildirir.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.