Bakıda ilk Ukrayna-Azərbaycan mədəniyyəti festival-yarmarkası keçiriləcək

Rusiyanın Ukraynaya təcavüzü bütün dünyada əzmkar Ukrayna xalqına sevgi yaradıb. Azərbaycanımızda da sarı-göylü bayrağa və onu daşıyan xalqa simpatiya hədsizdir. Bu xüsusda Azərbaycandakı Ukrayna Ticarət Evinin, müxtəlif yaradıcı birliklərin, QHT-lərin məqsədyönlü fəaliyyətləri danılmazdır.

 

Bu dəfə isə sizə Bakıda keçiriləcək Vesnyanka ilk Ukrayna-Azərbaycan mədəniyyəti festival-yarmarkası barədə məlumat vermək istəyirik. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Vesnyanka festivalının ziyarətçilərinə pasxa yarmarkası, xeyriyyə kraft məmulatları yarmarkası, konsert proqramı, ustad dərsləri, tematik foto məkan, kostyumlar, etnogeyimlər, aksesuarlar və bəzəklər sərgisi, etnogeyim haqqında üç (Azərbaycan, Ukrayna və ingilis) dildə məruzə təqdim olunacaq. 

Festival-yarmarka aprelin 15-də saat 12:00-dan 18:00-dək “The Landmark Baku” otelində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.