İcra başçısı Etibar Əbilovu qəbul edib

Türk Dünyası Araştırmaları Uluslararası Elmlər Akademisi tərəfindən Altın Yıldız madalyasına layiq görülməsi münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçalada yaşayıb yaradan ədəbiyyatşünas Etibar Əbilovu qəbul edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, aldığı mükafata görə ədibi təbrik edən Mirhəsən Seyidov ona gələcək işlərində uğurlar, bölgəni daim layiqincə təmsil etməsini arzulayıb.

Həmsöhbətlər Neftçaladakı ədəbi mühit, Neftçaladan olan görkəmli mədəniyyət xadimləri barədə geniş söhbət ediblər. Neftçalada görülən, eyni zamanda görüləcək işlərdən danışan İcra Başçısı ölkə prezidenti İlham Əliyevin Neftçalaya göstərdiyi daimi diqqətdən də söz açıb. 

Ədib də öz növbəsində Mirhəsən Seyidova  səmimi qəbula görə təşəkkür edib və doğma Neftçala ilə bağlı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.