Adil Kərimli: “Təəssüf ki, bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edilir…” Featured

 

Xəbər verdiyimiz kimi Bakıda UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi olub. Açılış mərasimində  mədəniyyət nazirinin birinci müavini Adil Kərimli cıxış edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Adil Kərimli çıxışında qeyd edib ki, hazırda Ermənistan ərazisində Azərbaycanın tarixi-mədəni abidələri məhv edilib, tarixi Azərbaycan ərazi adları dəyişdirilib.

Onun sözlərinə görə, Ermənistan ərazisində xalqımıza məxsus ümumilikdə 300-dən çox tarixi-mədəni abidələr sistemli şəkildə məhv edilib. 

Adil Kərimli bəzən beynəlxalq təşkilatlar tərəfindən ikili standartlar tətbiq edildiyinə təəssüfləndiyini bildirib və qeyd edib ki, bu baxımdan da, bu cür mədəni birliklərin mövcudluğu, onların fəaliyyəti, birgə əməkdaşlığı əhəmiyyətlidir.

Qeyd edək ki, hazırda Azərbaycan dövləti tərəfindən, Mədəniyyət Nazirliyinin xəttiylə məhv edilən abidələrimizin bərpası aparılmaqdadır və müəyyən nəticələr də göz önündədir.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.