Qənirə Paşayeva: Məhv olmaqda olan abidələrimizin restavrasiyası mühüm məsələdir

 

Mədəniyyət sahəsində çox böyük islahatlara ehtiyac vardır. Tarixi abidələrin restavrasiyası mühüm məsələdir. Bəzi abidələrimiz var ki, vaxtında tədbirlər görülməsə, onları tamamilə itirə bilərik. 

 

Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən plenar iclasda müzakirələr zamanı səsləndirib. 

Komitə sədri yerlərdə bir çox kənd məktəblərinin təmirə ehtiyacı olduğunu da bildirib. Deputat əhalisinin sayı 10 mindən artıq olan kəndləri daha çox diqqətdə saxlamağın vacibliyini qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.