“Bu gün vizit kartımız zəngin mədəni irsimizdir” - Mehriban Əliyeva

Günün sitatında “Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan iqtibas gətirir:

 

“Vaxt var idi ki, Azərbaycanı yalnız birinci neft fontanının vurduğu ölkə kimi tanıyırdılar. Bu gün isə vizit kartımız zəngin mədəni irsimizdir. Bu, həm nadir qədim xalçaçılıq məktəbi, həm də miniatür sənətidir. Bu, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, təsviri sənət, tarix və memarlıq abidələri və bir çox başqa sənət inciləridir.”

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.