Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri necə qorunur?

Ermənilər yenidən fəallaşıblar. Bu dəfə onlar mətbəximizin ləziz təamı olan paxlavaya, Eldar Mansurovun mahnılarına və qədimi çalğı alətlərimizə - balabana, qanuna sahib çıxmaq jestləri ediblər. Mədəniyyət sahəsinə cavabdeh olan qurumların dünənki toplantısı, demək, boşuna deyil.

 

“Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələri qanunla tənzimlənir” hökmünü ortaya qoyaraq Milli Məclisin Mədəniyyət komitəsi fevralın 28-də keçirilən iclasında vacib məsələni gündəliyinə daxil edilib. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə dinləməsində “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsi müzakirə edilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müzakirələrin effektiv, səmərəli olması kifayət qədər hiss edilib. Bildirilib ki, “Qeyri-maddi mədəni irs haqqında” Qanunun müddəaları Azərbaycan ərazisində Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən yaradılan, qorunan və nəsildən-nəsilə ötürülən, Azərbaycan xalqının mədəni ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur. 

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. 

Qanunun pozulmasına görə şəxslər Mülki və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan hallarda məsuliyyət daşıyırlar.

Təbii ki, Qanunu pozan şəxslər cəzalanacaq. Amma milli mənəvi dəyərlərimizə qənim kəsilən üzdəniraq qonşularımızla bağlı da daha ciddi tədbirlər görüləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.