Beynəlxalq Türk Akademiyası ilə Nazarbayev Universiteti türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlıq edəcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Nazarbayev Universitetinin rektoru Şigeo Katsu ilə görüşüb.
Görüşdə Türk ölkələrinin elmi müəssisələri ilə tədqiqatçıları arasında qarşılıqlı əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Görüş çərçivəsində Akademiyanın prezidenti Ş.Mustafayev ilə universitetin rektoru Ş.Katsu arasında türkologiya və avrasiyaşünaslıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd Nazarbayev Universitetində türkologiya üzrə magistr və doktorantura proqramlarının açılmasını dəstəkləmək məqsədi daşıyır.
Qeyd edək ki, görüşdə Nazarbayev Universitetinin Qazax dili və türkologiya elmləri kafedrasının müdiri Yulay Şamiloğlu və kafedranın professor-müəllim heyəti də iştirak ediblər.
“Ədəbiyyat və inəsənət”
(14.02.2023)