“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023”ün rəsmi açılış mərasiminin vaxtı müəyyənləşib. Mərasimin cari ilin martında keçiriləsi nəzərdə tutulur.
Bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirin icrası Mədəniyyət, Xarici İşlər nazirliklərinə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsinə həvalə olunub.
Yeri gəlmişkən, ötən gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” açıqlanıb ki, buradakı bir neçə vacib tarixləri bu gün gün ərzində sizlərin diqqətinə çatdıracağıq.
“Ədəbiyyat və incəsənət”
(10.02.2023)