Muzeyimiz beynəlxalq konfransda təmsil olunub

 

Söhbət İstiqlal Muzeyindən gedir.  Fevralın 9-da Azərbaycan İstiqlal Muzeyinin nümayəndəsi Rusiya Qələbə Muzeyinin Stalinqrad döyüşünün 80 illiyi münasibətilə təşkil etdiyi virtual beynəlxalq konfransda iştirak edib. Və bu barədə muzey məlumat yayıb. 

Sözügedən konfrans çərçivəsində muzey əməkdaşı Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Rusiya Qələbə Muzeyi ilə imzaladığı qarşılıqlı memorandum çərçivəsində müxtəlif vaxtlarda sərgi və beynəlxalq konfranslarda muzey əməkdaşları ilə təmsil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.