Gündoğan ölkə ilə daha da yaxınlaşırıq

“Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirəcək. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranacaq. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirlərinin burada həzin küləklər kimi əsəcəyinə ümid edirəm.

Bu gün nümayiş etdirilən TATE Yaponiyanın ənənəvi incəsənət növlərindən biridir. Bu, döyüş sənətinin elementlərini özündə birləşdirsə də, idman növü kimi deyil, daha çox teatral tamaşa kimi qəbul olunur. Artıq xeyli müddətdir ki, Azərbaycanda yaşayıram. Ölkənizdə ən çox sevdiyim özəllik, ilk növbədə, insanların çox ürəyiaçıq və qonaqpərvər olmasıdır. Eyni zamanda, Azərbaycanın gözəl təbiəti və dadlı mətbəxi də məni valeh edir”.

Bu sözləri Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi deyib. Yaponlar Heydər Əliyev Mərkəzində “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”nı təqdim ediblər. Təqdimat barədə geniş reportajı növbəti yazıda oxuya biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.