Ötən gün Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovla görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, Səbail rayon MKS-nin direktoru,Əməkdar Mədəniyyət işçisi Nüşabə Ələkbərova, C.Məmmədquluzadənin ev muzeyinin direktoru Yeganə Məmmədova, Nəriman Nərimanovun xatirə muzeyinin, Mərkəzi Kitabxananın və MKS-in 3 saylı filialının əməkdaşları iştirak ediblər.
Kulturologiya elminin yaradıcısı, Mədəniyyət və elm tarixi nəzəriyyəsindən 200-dən artıq elmi, maarifləndirici işlərin, Azərbaycan cəmiyyətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısı Fuad Məmmədov kulturologiya elminin əsasları, “Kulturologiya” fundamental əsəri haqqında ətraflı məlumat verib, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının xidmətləri barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı mədəni fəaliyyətindən söhbət açıb. Kulturologiya elminin cəmiyyətdə əhəmiyyəti mövzusunda sualları cavablandırıb.
Həmçinin, Fuad Məmmədovun elmi fəaliyyətini əks etdirən video-çarx da nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)