Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstanda rəsmi açılış mərasimində iştirak edib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb.
Görüşlərdə Macarıstan ilə türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə bu münasibətlərin uğurlu inkişafına toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.
“Ədəbiyyat və incəsənət”
(31.01.2023)