Qazaxıstana rəsmi səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasını ziyarət edib və təşkilatın yeni təyin olunmuş prezidenti - azərbaycanlı Şahin Mustafayevlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fondun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə türk xalqlarının qədim tarixə söykənən dostluq və qardaşlıq bağlarından, müasir dövrdə qarşılıqlı münasibətlərindən bəhs olunub. Türk dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk Əməkdaşlıq Təşkilatlarının roluna və fəaliyyətlərinə diqqət çəkərək, rəhbərlik etdikləri təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində birgə atılacaq addımları dəyərləndiriblər.
Görüş Fond və Akademiya arasında əməkdaşlığın genişləndirilməsinin gələcək perspektivləri ətrafında fikir mübadilələri ilə davam edib.
Günay Əfəndiyevanın Qazaxıstana səfəri davam edir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2022)