Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabrın 30-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” respublika elmi konfransı keçiriləcək.
Dövlət Rəsm Qalereyasından AzərTAC-a bildirilib ki, elmi konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların aşkara çıxarılması, elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə təşkil olunacaq.
Qeyd edək ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər.
Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilir.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.