Türkiyənin ATV kanalı ilə yayımlanan “Milyonçu olmaq istəyən” şousu yeni mövsümə uduş fondunu yüksəldib

Uzun illər böyük maraqla izlənilən, beynəlxalq layihənin Türkiyə variantı  "Milyonçu olmaq istəyən" intellektual teleşousunda yeni mövsümdə dəyişikliklər baş verib. Müsabiqənin pul ağacında mükafatların dəyəri artırılıb. Müsabiqəyə 100 min, 200 min və 400 min lirə məbləğində pul mükafatları təqdim olunub. Kenan İmirzəlioğlunun rəhbərlik etdiyi, Türkiyədə teleyayım praymında ən böyük izləyici auditoriyası toplayan “Milyonçu olmaq istəyən” proqramı uduşlar büdcəsini artırmaqla daha böyük başarılara imza atmağı hədəfləyir, bu barədə CNN-türk məlumat verir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.