Avroparlamentdə “Cəsarətli Ukrayna xalqı” təltif olunacaq

 

2022-ci ildə Andrey Saxarov adına mükafatın laureatı "prezidenti, seçilmiş liderləri və vətəndaş cəmiyyəti ilə birgə  cəsarətli Ukrayna xalqı" elan olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Diplom və 50 min avro dekabrın 14-də Avropa Parlamentində keçiriləcək mərasimdə Ukrayan xalqınln təmsilçisinə təqdim olunacaq.

Münsiflərdən biri - Portuqaliyadan olan  Pedru Markeş "Euronyus"a müsahibəsində  bildirib ki, “böyük siyasi qruplar arasında, deputatların böyük sayı ilə Ukrayna xalqının bu il insan haqları, öz ölkəsində azad yaşamaq hüququ, öz müqəddəratını təyin etmək hüququ uğrunda, Rusiya təcavüzünə qarşı apardığı mərd mübarizəyə görə belə şərəfə layiq görülməsi barədə qəti konsensus var idi".

Qeyd edək ki, Ukrayna xalqı ilə yanaşı, finalçılar arasında həbsdə olan Vikileaks qurucusu Julian Assange və vətəndaş müharibəsinin altı onilliyindən sonra yaradılmış həqiqət və barışıq üçün Kolumbiya Komissiyası da var idi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.