Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

 

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında “Təsərrüfathesablı qurumlar” bölməsinə “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti əlavə edilib.

Belə ki, Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.