Anar Kərimov: Azərbaycan İstanbulda keçiriləcək kitab sərgisində fəxri qonaq kimi iştirak edəcək

 

“Azərbaycan ilin sonunda Türkiyənin İstanbul şəhərində keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək.”

 

By sözləri mədəniyyət naziri Anar Kərimov 8-ci Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, qardaş Türkiyə də ilk dəfə olaraq Azərbaycanda keçirilən beynəlxalq kitab sərgisində fəxri qonaq kimi iştirak edir: “Türkiyə sərgiyə 40-dan çox nəşriyyat, yazıçı və çox gözəl bir pavilyonla qatılıb. Bu, çox gözəl bir ənənədir. Bu ilin sonunda isə İstanbulda keçiriləcək kitab sərgisində Azərbaycan fəxri qonaq kimi dəvət olunub, biz də bu dəvəti məmnuniyyətlə qəbul etmişik. Həmin sərgidə fəxri qonaq kimi iştirak edəcəyik”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.