Nazir Anar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb Featured

 

Mədəniyyət naziri Anar Kərimov SSRİ Xalq artisti, professor, görkəmli baletmeyster, pedaqoq Valentin  Nikolayeviç Yelizaryevlə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Qonağı səmimi salamlayan A. Kərimov Valentin Nikolayeviçin bir sənətkar kimi daim bəşəriyyəti narahat edən problemləri parlaq şəkildə nümayiş etdirməyə nail olduğunu vurğulayıb. Dünya şöhrətli baletmeysterin XX əsr müasir balet sənətində fərqli və maraqlı xoreoqraf kimi tanınmasından bəhs edib. Eləcə də Azərbaycan və Belarus arasında opera və balet sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.  

Nazir Azərbaycan mədəniyyətinin nəinki Belarus, eləcə də dünyada layiqincə tanıdılmasında böyük töhfəsi olan V.Yelizaryevə təşəkkürünü bildirərərək, sevilən sənətkara “Şuşa 270” Döş nişanını təqdim edib. 

Yaradıcılığına, sənət yoluna göstərilən böyük diqqət və qayğıya görə təşəkkürünü bildirən V.Yelizaryev bundan sonra da dünyaya göz açdığı doğma Azərbaycanı layiqli təmsil edəcəyini bildirib.

Anar Kərimov görkəmli baletmeyster, xoreoqraf V.Yelizarevə işlərində uğurlar, möhkəm can sağlığı arzulayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.