Mədəniyyət naziri Ağstafada vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

 

2022-ci ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ötən gün - avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa və Tovuz sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Sonra Ağstafa Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov 2008-ci ildən fəaliyyət göstərən mərkəzin işi ilə tanış olub, burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirib.

Daha sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət ocağının başqa binaya köçürülməsi, rayon mədəniyyət müəssisələrinin kadr məsələləri, uşaq musiqi və incəsənət məktəbləri üçün tədris vəsaitinə icazə verilməsi, tarix-mədəniyyət abidələrinin qorunması, kitabxana sisteminin inkişafı, bundan əlavə, aparıcı mədəniyyət ocaqlarının əsaslı təmiri, adın əbədiləşdirilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.