Xəbər verdiyimiz kimi, Baş Prokurorluq ermənilərin Laçın və Xocalıda meşələri yandırması ilə bağlı cinayət işi açıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı ermənilərin insanlara və təbiətə qarşı vəhşiliyini beynəlxalq miqyasda ifşa etmək üçün sənətin, ədəbiyyatın imkanlarından istifadə etməyin vacibliyini vurğulayıb.
Xalq artisti qeyd edib ki, bunun üçün siyasi və hüquqi vasitələrlə yanaşı, sənətin imkanlarından da istifadə etmək vacibdir:
"Ermənilərin və erməniliyin nə olduğunu dünya ictimaiyyətinə anlatmaqdan ötrü müxtəlif vasitələrə ehtiyac var. Bu vasitələrdən ən güclülərindən biri də incəsənətdir. Biz erməni vəhşiliyi ilə bağlı həqiqətləri sənətin, ədəbiyyatın, kinonun, teatrın dili ilə yaymalıyıq. Onlar üzdə özlərini mələk kimi göstərirlər. Əsl niyyətləri isə türkləri, azərbaycanlıları qırmaq, məhv etmək, onları soyqırımına məruz qoymaqdır. Onlar Allahın yaratdığı təbiətə qarşı da vəhşi münasibət göstərirlər.
Biz incəsənət dili ilə bu cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsaq, bunun təsiri daha güclü, daha effektiv olar. Bütün bunlar onu göstərir ki, ermənilərin Yer kürəsində vətən dedikləri heç bir şey yoxdur. Vətənləri olmadığına görə, kimlərinsə vətəni olan yerlər də bunlara düşmən kimi görünür. Onlar meşələri qırır, bulaqları məhv edir, onları betonlayırlar. Onlar tikili evləri, meşləri yandırırlar. Bunlar həm də onu göstərir ki, ermənilər özləri də bilir ki, bütün bunlar onlara məxsus deyil. Çox təəssüf ki, 1-2 istisna çıxmaq şərti ilə kinomuzda, ədəbiyyatımızda açıq şəkildə ermənilərin əsl mahiyyətini ortaya qoyan sənət əsəri yoxdur. Biz savaş meydanında onlara öz yerlərini göstərdiyimiz kimi incəsənət sahəsində də göstərməliyik və bu istiqamətdə ciddi addımlar atmalıyıq".