Azərbaycan ilə Qətər arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub

 

Azərbaycanın Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Dohada yerləşən “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru Khalid Al-Sulayti ilə görüşündə iki dost ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.

 

AzərTAC  xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatara” arasında əməkdaşlıq sahəsində yeni imkanlar, mədəniyyət sahəsində həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, 2021-ci ilin sentyabrında “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Qatara” Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb, həmçinin 2021-ci il dekabrın 8-də “Qatara” mədəniyyət şəhərciyində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm edən “Qardaşlıq” abidəsinin açılışı olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.