Kitabxana Milli Mətbuat Günü ilə bağlı kitab sərgisi təşkil edib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı Milli Mətbuat Günü ilə bağlı kitab sərgisi təşkil edib.

 

Baş İdarədən verilən məlumata görə, tədbirdə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi "Əkinçi" qəzetinin xalqımızın milli oyanışında, milli birliyimizin möhkəmlənməsində böyük rol oynadığından danışılıb. Bildirilib ki, Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub və insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, həmçinin xalqımızın maariflənməsində mühüm rol oynayıb. 

Qeyd edək ki, sərgidə "Molla Nəsrəddin" jurnalının kitab şəklində nəşrləri də nümayiş olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.