Mədəniyyət və yaradıcılıq sahələrində tədqiqat imkanları müzakirə olunub

 

Avropa İttifaqının tədqiqat və innovasiyasını maliyyələşdirən ən böyük proqramı – “Horizon Avropa” mədəniyyət və yaradıcılıq sahəsində araşdırma imkanlarını da özündə ehtiva edir. Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə sözügedən proqramın məlumatlandırma günü təşkil olunub. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Pedaqoji və Bakı Slavyan universitetlərinin ümumilikdə 60-dan çox əməkdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də təmsil olunduğu Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) nümayəndələri tərəfindən məlumatlandırılıb.

Tədbir çərçivəsində “Horizon Avropa” proqramının strukturu və maliyyələşdirmə imkanları, o cümlədən tədqiqat işlərində iştirak haqqında məlumat verilib. Bundan əlavə, sessiyalarda “Mariya Skladovskaya-Küri (MSCA)”, “Avropa Tədqiqat Şurası (ERC)”, “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adı altında maliyyələşdirilən tədqiqat və beynəlxalq əməkdaşlıq mövzuları haqqında məruzə və təqdimatlar baş tutub.

Nəzərinizə çatdırırıq ki, proqramın büdcəsi 7 illik müddət (2021-2027) çərçivəsində 95.5 milyard avro təşkil edir.

Horizon Avropa proqramının “Qlobal problemlər və Avropa Sənaye Rəqabəti” adlı ikinci istiqamətində “Mədəniyyət, Kreativlik və İnklüziv cəmiyyət” adlı klaster də yer alır. Yaradıcılığa əsaslanan innovasiya ekosisteminin formalaşdırılması, mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi, incəsənətin və mədəni irsin təbliğini bu klasterdə prioritet sahələrdəndir. Qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyətlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir və MƏŞŞ nümayəndələri arasında nazirliyin əməkdaşı da fəaliyyət göstərir.

Mədəniyyət sahəsində fəaliyyət göstərən tədqiqatçılar bu keçidə daxil olaraq Horizon Avropa proqramı çərçivəsində elan olunan çağırışlarla yaxından tanış ola, maliyyələşmə mexanizmləri ilə bağlı məlumat əldə edə bilər.

Proqramla bağlı əlavə məlumat üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına müraciət edə bilərsiniz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.