Dünyaşöhrətli amerikalı yazar, musiqiçi, kinoaktyor, Amerika mədəniyyətinin görkəmli nümayəndəsi, 2016-cı ildə Ədəbiyyta üzrə Nobel mükafatı laureatı, may ayının 24-də 80 yaşını qeyd etmiş Bob Dilanın başı üzərindən şimşəklər çaxmağa başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Bob Dilana qarşı cinsi sui-istifadə ittihamı ilə iddia qaldırılıb. 68 yaşlı qadın (onun adı açıqlanmır) iddia edir ki, 1965-ci ilin aprelindən may ayına qədər, 12 yaşı olanda Dilan ona narkotik və alkoqol verib, dəfələrlə zorlayıb, həmçinin fiziki qətllə hədələyib. Həmin vaxt Dilan 24 yaşında idi.
Dilanın nümayəndəsi bu ittihamları rədd edib. "56 il əvvələ aid bəyanat həqiqətə uyğun deyil və fəal şəkildə təkzib olunacaq", — deyə bildirib.
Amma iddialı qadın məhkəmə prosesini udacağına əmindir, görünür, o, şər atmır və gerçəkdən Dilan tərədən şiddətə məruz qalıb. Üstəlik, əlində hansısa dəlil-sübutun olması da istisna deyil.
Bildirək ki, Bob Dilan 1986-cı ildən 1992-ci ilədək Kerolin Dennislə evli olub, dörd övladı var, Ceykob, Dezire, Cessi və Sem.