Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar artist Ramil Qasımov tutduğu vəzifədən azad olunub.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb onun əmək müqaviləsinin müddətinin bitməsi olub.
Amma “Ədəbiyyat və incəsənət” portalına sızan məlumata görə, çox yəqin ki, ortada başqa mətləblər var. Çalışacağıq oxucularımıza daha müfəssəl məlumat verək.
Xatırladaq ki, səhnəmizin müasir Koroğlusu olan Ramil Qasımov bundan əvvəl “Mədəniyyət” telekanalına rəhbərlik edirdi.
Heydər Əliyev adına sarayda direktorluq muddətində isə bir-birindən maraqlı tədbirlərlə yadda qalmışdı.