Anar Kərimov: “Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb”

 

“İşğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsin yenidən bərqərar olunmasında dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir.”

 

Bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.

Nazir bu prosesə qardaş Türkiyənin də dəstək göstərdiyini diqqətə çatdırıb. A.Kərimov qeyd edib ki, Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir. 

Kino sahəsində də Azərbaycanla Türkiyənin fəal əməkdaşlığa başladığını deyən nazir söyləyib ki, Vətən müharibəsi ilə bağlı çoxseriyalı filmin çəkilişinə başlanılıb. Həmin filmin bu ilin sonuna tamamlanması nəzərdə tutulur. 

Digər tədbirlər haqqında da məlumat verən A.Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə ifadə edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.